Baş nazirin müavini İranı kəskin tənqid etdi

Baş nazirin müavini İranı kəskin tənqid etdi
Bütün Xəbərlər
11:40 06.02.2012
1412

Baş nazirin müavini Bülənt Arınç Suriyada iki ildən bəridir böyük bir fəlakət yaşandığını, günahsız insanların öldürüldüyünü deyib.

AZXEBER.COM-un məlumatına görə, Arınç Türkiyənin Suriyadakı vəziyyətlə bağlı lazım olan bütün addımları atacağını, ancaq hərbi müdaxilənin bu variantlardan biri olmadığını bildirib: "Suriyadakı hadisələrlə bağlı BMT-nin və Ərəb Birliyinin qəbul edəcəyi qərarları yerinə yetirmək lazımdır. Biriləri onsuz da müdaxilə gözləyir. Suriya rejimi də xalqını bununla aldadır".

Rusiya və Çinin Suriya ilə bağlı BMT qətnaməsinə veto qoymasının ayıb olduğunu deyən Arınç İranı da tənqid edib: "Yaxşı, Suriya və Çin müsəlman deyillər və çox uzaqdadırlar. İranın niyə səsi çıxmır? İranın adı islam cümhuriyyətidir. Bu necə müsəlmanlıqdır, necə müsəlman qardaşlığıdır? Sən orada köməksiz insanların öldürülməsinə heç nə deməyəcəksənmi? İranda Malikiyə heç bir şey söyləməyəcəksənmi? Livandakı Mitakiyə bir şey dmeəyəcəksənmi, qardaşım? Bunların aralarında başqa cür bir həmrəylik var. Bu, İslamda olmayan bir şeydir. Türkiyə həmişə məzlumların yanında olduğunu bir daha göstərdi və hazırda Suriyada yaşananlara qarşı səsini çıxaran yalnız Türkiyə var. Bununla da iftixar etmək lazımdır".

OXŞAR XƏBƏRLƏR