İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin keçmiş sevgililərindən birinin fotoları yayılıb.AZXEBER.COM-un məlumatına görə, deputat olan 27 yaşlı Nikol Minetti Mayamidə istirahət edib. Berluskoninin siyasət dünyasına "qazandırdığı" deputatlardan biri olan Minetti çimərlik paltarı ilə sahildə günəş vannası qəbul edərkən görüntülənib.İxtisasca diş həkimi olan gözəl deputat 76 yaşlı Berluskoni ilə adı hallanandan sonra modelliyə də başlamışdı. Berluskoni 2009-cu ildə məruz qaldığı hücumdan sonra qırılan dişlərini məhz bu gözələ düzəltdirmişdi.