Baş prokurordan YENİ TƏYİNAT

SOSİAL
16:52 18.02.2020
2331
Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.
 
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb.

O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

OXŞAR XƏBƏRLƏR