Baş Prokurorluq: Elşad Abdullayevin evində axtarış aparılmadı
Bütün Xəbərlər
16:06 08.11.2012
931
ABU-nun sabiq rektorunun evindən 400 videokaset tapılması xəbəri təkzib edilibBaş Prokurorluq “Yeni Müsavat” qəzetinin internet səhifəsində “mötəbər” mənbəyə istinadən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə məlumata münasibət bildirib. Baş prokurorluğun mətbuat xidmətindən E.Abdullayevin evində axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil: “Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur”.