Baş Prokurorluq Əvəz Zeynallı haqqında məlumat yaydı

Baş Prokurorluq Əvəz Zeynallı haqqında məlumat yaydı
Bütün Xəbərlər
23:39 05.11.2011
1849
Baş Prokurorluqdan verilən məlumata görə, həmin cinayət işi üzrə aparılan istintaqlaƏvəz Zeynalovtərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilmişdir.Belə ki, istintaq dövründə vətəndaşMəmmədov Akif Şamiloğlu vəMuxtarov Xanoğlan İsaoğlu ərizə ilə prokurorluğa müraciət edərək Əvəz Zeynalovun onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat vermişlər.Qeyd olunan müraciət üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Əvəz Zeynalov baş redaktoru olduğu qəzetin səhifələrində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi "Kurort" ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuzuna xələl gətirən silsilə məqalələr dərc edərək, materialların dərcinin dayandırılması xahişi ilə müraciət etmiş Akif Məmmədov və onun dostu Xanoğlan Muxtarovdan qəzetin bir neçə ay müddətə çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını, əks halda məqalələrin dərcinin davam edəcəyini və materialların hüquq mühafizə orqanlarına göndəriləcəyini bildirməklə hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində 2008-ci ilin əvvəllərində Xanoğlan Muxtarovdan 4.000 ABŞ dolları rüşvət alıb.Xanoğlan Muxtarovla təqsirləndirilən şəxs Əvəz Zeynalov arasında keçirilmiş üzləşdirmə zamanı Xanoğlan Muxtarov Əvəz Zeynalovun ondan hədə-qorxu ilə rüşvət alması faktını bir daha təsdiqləmişdir.Bundan başqa, vətəndaşTarverdiyev Sabir Rəhimoğlu ərizə ilə prokurorluğa müraciət edərək "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalovun ondan hədə-qorxu ilə rüşvət alması barədə məlumat vermişdir.Həmin faktla bağlı aparılmış istintaqla müəyyən olunmuşdur ki, Əvəz Zeynalov Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində "Xural" qəzetinin səhifələrində həqiqətə uyğun olmayan, qərəzli məqalələrin dərcinin dayandırılmasını xahiş edən iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində, 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi aldıqdan sonra, əlavə olaraq 2.000 manat pul və ya iki kompüter dəstinin alınmasını tələb etməklə, səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan həmin məbləğdə pulu təkrarən rüşvət kimi istəmişdir.Öz cinayət əməllərini davam etdirən Əvəz Zeynalov 2011-ci ilin iyul-avqust aylarındaƏhmədova Gülər Mikayılqızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.000 manat pulu təkrarən rüşvət kimi istəmişdir.Toplanmış sübütlar əsasında Əvəz Zeynalova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
02:05 06.04.2026
Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
Badamdarda sürüşmə aktivləşdi – Sakinlər narahatdırlar - VİDEO
01:40 06.04.2026
Badamdarda sürüşmə aktivləşdi – Sakinlər narahatdırlar - VİDEO
Dərbənddə bəndin yarılması nəticəsində evlər su altında qalıb
00:52 06.04.2026
Dərbənddə bəndin yarılması nəticəsində evlər su altında qalıb
Masazırda qəbiristanlığı və həyətləri su basdı - VİDEO
00:17 06.04.2026
Masazırda qəbiristanlığı və həyətləri su basdı - VİDEO
Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO
23:45 05.04.2026
Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO
Eldar Əzizov və Zaur Mikayılov həmin evin söküldüyü yerə baxış keçirdilər - Foto
23:43 05.04.2026
Eldar Əzizov və Zaur Mikayılov həmin evin söküldüyü yerə baxış keçirdilər - Foto
Apreldə ən çox stress və depressiya riski olan bürclər açıqlandı
23:36 05.04.2026
Apreldə ən çox stress və depressiya riski olan bürclər açıqlandı
Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi - FOTO
23:26 05.04.2026
Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi - FOTO
Qusarda evin tək oğlunu sel apardı - VİDEO
23:12 05.04.2026
Qusarda evin tək oğlunu sel apardı - VİDEO
MDU-nun kafedra müdiri dünyasını dəyişdi
22:57 05.04.2026
MDU-nun kafedra müdiri dünyasını dəyişdi
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciəti
22:44 05.04.2026
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciəti
9-cu sinif şagirdləri üçün buraxılış imtahanları çətin keçib? - VİDEO
22:29 05.04.2026
9-cu sinif şagirdləri üçün buraxılış imtahanları çətin keçib? - VİDEO
Almaniyada güclü külək ağacı aşırıb, üç nəfər ölüb
22:23 05.04.2026
Almaniyada güclü külək ağacı aşırıb, üç nəfər ölüb
BDYPİ yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
22:05 05.04.2026
BDYPİ yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə tələbə dəm qazından boğularaq ölüb
21:50 05.04.2026
Gəncədə tələbə dəm qazından boğularaq ölüb
Tramp Hörmüz boğazı açılmasa, İranın elektrik stansiyalarını məhv ediləcəyini bildirib
21:32 05.04.2026
Tramp Hörmüz boğazı açılmasa, İranın elektrik stansiyalarını məhv ediləcəyini bildirib