Baş Prokurorluq Gəncədəki dəhşətli hadisə ilə bağlı - MƏLUMAT
Bütün Xəbərlər
18:01 30.06.2012
1570
Baş Prokurorluq iyunun 30-da Gəncə şəhərində baş vermiş hadisə ilə əlaqədar məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "Avia-Ekologiya" Məhdud Məsuliyyətli Cəmiyyətin Gəncə Kərpic zavodunda qaynaqçı işləyən Əliyev Asif Cumalı oğlu torpaq-gil qarışdıran avadanlığın valına düşərək ölüb. Bu barədə Gəncə şəhər Prokurorluğuna daxil olmuş məlumatla əlaqədar prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri hərəkətlər yerinə yetirilib.İlkin araşdırmalarla müəyyən edilmişdir ki, 1960-cı il təvəllüdlü, Goranboy rayonunun Ağamalıoğlu kənd sakini A.Əliyev iyunun 30-da gecə saat 02 radələrində torpaq-gil qarışdıran avadanlığın üzərində təmir işləri apararkən işlək vəziyyətdə olan həmin avadanlığın valına düşüb. O, çoxsaylı bədən xəsarətləri alaraq ölüb.