Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR

Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
SOSİAL
15:34 18.09.2026
486
Prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığı" adlı işgüzar konfrans keçirilib.

Konfransda Ağsu, Göyçay, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Ucar və Şamaxı rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyaya qarşı mübarizə istiqamətində mövcud yanaşmaların müzakirəsi, habelə qarşılıqlı təcrübə mübadiləsi aparılmaqla bu sahədə yeni və səmərəli əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.

Konfransda çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev dövlət qurumlarının media və ictimaiyyətlə münasibətlərində açıqlıq, çeviklik və etibarlılıq prinsiplərinin əhəmiyyətindən danışıb. O, cəmiyyətin dövlət qurumlarının fəaliyyəti barədə dolğun və obyektiv məlumatlandırılmasının ictimai etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov regionda dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və əhalinin sosial proseslər barədə məlumatlandırılmasında qarşılıqlı fəaliyyətin əhəmiyyətinə toxunub.

İsmayıllı rayon prokuroru Tural Yusifov rayon prokurorluğu tərəfindən hüquqi maarifləndirmə və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlər, vətəndaşların müraciətlərinə baxılması və prokurorluğun fəaliyyəti barədə məlumatların media vasitəsilə düzgün çatdırılması məsələlərindən danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti arasında səmərəli kommunikasiyanın qurulması, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin qorunması və dezinformasiyaya qarşı mübarizədə birgə yanaşmaların əhəmiyyəti barədə çıxış edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov informasiya təhlükəsizliyi məsələlərinə, xüsusilə həssas məlumatların yayılması zamanı məsuliyyətli yanaşmanın vacibliyinə toxunub. O, dövlət qurumlarının rəsmi informasiya resurslarının etibarlı məlumat mənbəyi kimi rolundan və media ilə qarşılıqlı fəaliyyətin bu istiqamətdə əhəmiyyətindən danışıb.

Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov ictimai institutların sosial proseslərdə iştirakı, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin inkişaf etdirilməsi məsələlərini diqqətə çatdırıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli sosial medianın informasiya mühitinə təsiri, məlumatların yayılmasında peşəkar və məsuliyyətli yanaşmanın əhəmiyyəti barədə danışıb. O, məlumatların yoxlanılması, media savadlılığının artırılması və saxta məlumatların yayılmasının qarşısının alınmasında sosial media istifadəçilərinin məsuliyyətinə toxunub.

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, ağsaqqal Balakişi Xudiyev dövlət qurumları, media və cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, ictimai həmrəyliyin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müxtəlif nəsillər arasında sağlam ünsiyyətin formalaşdırılmasında belə tədbirlərin rolundan danışıb.

Konfransda dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın müasir informasiya mühitinin tələblərinə uyğun təkmilləşdirilməsi, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyaya qarşı mübarizə, həmçinin rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının fəaliyyəti, media subyektləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və ictimaiyyətlə kommunikasiyanın səmərəli təşkili məsələləri ətrafında geniş fikir və təcrübə mübadiləsi aparılıb, bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər müzakirə edilib.

Konfrans çərçivəsində Azərbaycan Televiziyası tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunmuş "Qurulan gələcək" sənədli filmi nümayiş etdirilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
09:21 07.11.2026
Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
09:11 07.11.2026
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
09:04 07.11.2026
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
08:55 07.11.2026
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
08:49 07.11.2026
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
08:42 07.11.2026
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
08:33 07.11.2026
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
08:25 07.11.2026
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
08:16 07.11.2026
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
08:12 07.11.2026
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
08:06 07.11.2026
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
08:00 07.11.2026
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
07:53 07.11.2026
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
07:44 07.11.2026
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
07:19 07.11.2026
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
Pedro Alyana Paraqvayın Prezidenti olub
07:03 07.11.2026
Pedro Alyana Paraqvayın Prezidenti olub