Baş Prokurorluğun Elm-Tədris Mərkəzində məşğələ oldu

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində məşğələ oldu
Bütün Xəbərlər
15:20 26.05.2012
1539

Mayın 25-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin tədbirlər planına müvafiq olaraq mülki müdafiə üzrə məşğələ keçirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin birgə təşkil etdiyi tədbirin məqsədi fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, bu sahədə prokurorluq orqanları əməkdaşlarının hazırlıq səviyyəsinin müəyyən edilməsi, onların fiziki hazırlığının və biliklərinin artırılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olub.

Ttədbirdə qəza-xilasetmə sahəsində görülən işlər barədə ətraflı məlumat verilib və məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR