Başında miqren ağrısı olanlar mütləq oxusun - ARAŞDIRMA

Başında miqren ağrısı olanlar mütləq oxusun - ARAŞDIRMA
TOP4
14:41 06.03.2017
23365
Miqren ağrılarına bir dəfəlik son.
 
AZXEBER.COM olaraq miqren xəstəliyinin səbəblərini  araşdırdıq.
 
Miqren beyindəki bir sıra kimyasal dəyişikliklərdən qaynaqlandığı ehtimal edilən, lakin yaranma səbəbi dəqiq məlum olmayan xroniki xəstəlikdir.
 
Ən böyük özəlliyi əksər hallarda beyinin sağ və ya sol tərəfində birtərəfli olaraq müşahidə olunmasıdır. Lakin istisna hallarda bu ağrılara başın hər iki tərəfində rast gəlməkdə mümkündür.
 
Göz qaralması, göz yaşarması, baş dönməsi, ürək bulanma, səs, işıq və qoxulara qarşı həssasiyət və s. əlamətlərlə müşahidə olunur.
 
Hər baş ağrısı miqrendirmi?"
Hər baş ağrısı miqren deyildir. Bir xəstəyə miqren diaqnozunun qoyulabilməsi üçün, MR, Tomoqrafiya cavabları təmiz olmalı, baş ağrılarına səbəb olan hər hansı bir amilin olmaması gərəklidir. Ağrının başlaması, davam edən ağrının müddəti, ağrı sırasında və ağrıdan öncə hansı simptomların baş verməsini araşdırmadan diaqnozun qoyulması yalnış bir addımdır. Miqren bir həkim tərəfindən araşdırılmalı daha sonra diaqnoz qoyulmalıdır.
 
Miqrenin əlamətləri, tipləri və növləri hansılardır?
Miqrenin iki tipi vardır. Auralı və Aurasız miqren. Klassik miqrendə adlandıra biləcəyimiz auralı miqrendə baş ağrısının gəlməsini xəstə əvvəlcədən hiss edər. Görmə sahəsində qara ya parıltılı nöqtələr, ziqzaqlar, dalğalı görüntülər və yaxudda bəlli sahədə bir bölgəni görəbilməmə, bəzən üz, qol və ayaqlarda bir tərəfli uyuşma, gücsüzlük, baş dönməsi, danışığın pozulması, çox az hallarda isə iki tərəfli uyuşma kimi aura çeşidləridə vardır. Bu simptomlar təxminən yarım saata qədər davam edər. Daha sonra yerini ağrılar əvəz edər. Ağrılar bəzən bir anda, bəzən yavaş - yavaş artaraq başlayar. Ağrılar döyüntülü və şiddətli ola bilər. Aurasız miqrendə isə yuxarıda qeyd olunan simptomlar baş verməz.
 
Aurasız miqren auralı miqrenə nisbətən daha çoxdur. Ümumilikdə miqren ağrıları 4 növdə olur.
1. Frontal migren – alın miqreni
2. Temporal migren – gicgah miqreni
3. Oksipital migren – boyun miqreni
4. Paranazal migren – burun miqreni
 
Miqren xəstəliyində çoxluq təşkil edən təbəqə?
Dünya statistikasına əsasən qadınlar bu ağrılardan daha çox əziyyət çəkir. Miqrenin yaş aralığı 17 – 18 yaş və 60 yaş arasıdır. Böyüklərlə müqayisədə baş ağrılarına çox az rastlanılan uşaqlarda miqren xəstəliyidə olmaz. Baş ağrılarının əsas səbəbi stresdir. Bu strese səbəb olan faktorlardan ən böyüyü qısqanclıq və ərköyünlükdür. Lakin uşaqlarda sabahlar meydana çıxan baş ağrıları beyindəki şişlərin xəbərçisi ola bilər. Təmiz havaya sahib olan ərazilərdə yaşayan, roblemləri az, həyatdan çox şey gözləməyən, maddi, mənəvi gözləntisi olmayan insanlarda miqrenə daha az rast gəlinir. Miqren daha çox böyük şəhərlərdə yaşayan, maddi və mənəvi problemləri olan, sevgidən əziyyət çəkən, düzənsiz həyat tərzi sürən insanların xəstəliyidir.
 
Miqren ağrılarının qarşısını almaq mümkündürmü?
 
Miqren ağrılarına səbəb olan məlum bir faktor yoxdur. Lakin bir çok faktorlar var ki, bu ağrıları hərəkətə keçirir. Xəstələri bu fakorlardan uzaq tutmağa çalışırıq. Gərginlik və miqren tipli baş ağrılarını hərəkətə keçirən ən önəmli faktor məhz stresdir. Stres həyatın hər anına təsir etdiyi kimi miqren ağrılarının ortaya çıxmasına və artmasınada təsir edir. Stresin qarşısını almaq mümkün deyildir. Lakin idarə etmək mümkündür.
 
Miqren ağrılarının ortaya çıxmasına səbəb olan faktorlar hansılardır?
- Hava dəyişkənliyi
- Havasız məkanlar
- Havanın çirkli olması
- Yüksəklik dəyişikliyi
- Dumanlı hava
- Parlaq günəş işığı və işıq
- Yüksək səs
- Saçların sıx yığılması
- Müxtəlif saç aksesuarları
- Parfüm və digər qoxular
- Alkaqollu içkilər ( xüsusən qırmızı şərəb)
- Şokolad - Kofeinli içkilər
- Boyaq maddələri
- Sintetik tamlandırıcılar
- Çin yeməkləri
- Soya sousları
- Çipsilər
- Qızarmış yeməklər
- Ağ pendir
 
Miqren hansı üsullarla müalicə olunur?
Miqren xronikləşməyə başladıqdan sonra müalicəsi çətinləşir. Tibdə xəstəliyin səbəbi məlumdursa o xəstəliyi müalicə etmək daha asandır. Lakin miqren hələdə net səbəbi məlum olmayan xroniki bir xəstəlikdir. Miqren və miqren tipli xəstəliklərdə öncəliklə məlum olan risk faktorlarını aradan qaldırmaq önəmlidir. Ağrı tutduğu zaman edəbiləcəyimiz tək şey həkimin təyin etdiyi dərman pereparatını qəbul edib, səssiz - qaranlıq bir yerdə uzanaraq dincəlmək və ağrıların kəsməsini gözləməkdir. Digər yol isə ağrının gəlməsinin yada daha sıx gəlməsinin qarşısını almaqdır. Miqren müalicə olunmadıqda ağrılar 4-72 saat müddətində davam edə bilər. Miqrenin bir çox müalicə üsullari vardir. - ağrıları hərəkətə keçirən faktorlardan uzaq durmaq – özəlliklə stres və yuxarıda qeyd olunan faktorlardan uzaq durmaq - özəl terapiya – psixoloji dəstək yardımı almaq - dərman müalicəsi – həkimin təyin etdiyi pereparatların qəbulu - botoks müalicəsi – botolinium toksini vasitəsi ilə 6 ay ağrıların ertələnməsi - qapalı miqren cərrahiyəsi – 1-3 sm açılmış kəsiklər vasitəsi ilə sinirləri sıxışdıran əzələlərin genişləndirilməsi *
 
Son 17 ildə artmağa başlayan botoks müalicəsi və miqren əməliyatı haqqında xəstələrə nə kimi məlumat verə bilərsiniz? Bu prasedurların icra olunması nə dərəcədə düzgündür? Görüşdüyümüz bir qisim həkimlərin qəbul etdiyi botoks müalicəsi və qapalı miqren əməliyatını digər qisim mütəxəsislər qəbul etmir. Xüsusən Nevroloji, Baş-Beyin həkimlərinin qəbul etmədiyi bu əməliyatı qəbul edən qisim əsasən lor və plastik cərrahlardır. Suallarımızı cavablayan zaman 20 ildir bu sahədə çalışan mütəxəssiz Neyrocərrah, Operator Doktor Kərəm Bıkmaz bu əməliyatın uzun ömürlü olacağına inanmadığını və inanmadığı bir prosesi icra etmədiyini özəlliklə vurğuladı.
 
Belə ki, icradan sonra kəsmiş olan ağrıların bir müddət sonra yenidən qayıdacağına inanır. Estetikadada istifadə olunan ”Botolinium” toksini dünyanın ən güclü zəhər növüdür. Bu zəhərin təsiri müddətinin 6 ay olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, 6 ay sonra ağrılar yenidən üzə çıxmağa başlayar Miqren baş nevroloji, baş beyin cərrahlarını maraqlandıran bir xəstəlikdir. Teorik olaraq baxıldığında bu əməliyatı beyin cərrahı icra etməlidir. Lakin ümumi olaraq baxdığımızda bu əməliyatı plastik və lor həkimləri icra edir. Keçərsiz və mənasız bir əməliyat olduğuna inanıram.Təhlükəsi olmayan bu əməliyatın ömürlük fayda sağladığınıda düşünmürəm. Miqren əməliyatını icra edən neyroliji və beyin cərrahı yox səviyyəsindədir deyə bilərik. . Miqren əməlyatı təsadüfən kəşf edilmiş əməlyatlardan biridir.
 
Amerikalı Plastik Cərrah Bahman Guyuron 2000 illərdə alın gərmə estetik əməliyatı icra etdiyi xəstələrdə miqren ağrılarının azaldığını təsadüfən öyrənir. Dünya əhalisinin təxminən altıda birini əsir altına alan miqren xəstəliyindən qurtulmaq yolunda atılan addımlar həmin müddətdən başlayaraq son illərdə artmağa davam edən bir prosedura çevrilib. Miqren organları yorsa belə onlara zərər verərək sıradan çıxarmayan, həyatı təhlükəsi olmayan bir xəstəlikdir. Lakin, düzənli olaraq nəzarət altında saxlanılmalıdır.
 
Sorğuda iştirak edən miqren xəstələrinə təşəkkür edir, suallarımızı cavablandığı üçün "İstanbul Neyrocərrahiyə və Ağrı Mərkəzi”-nin Direktoru Op. Dr. Kerem Bıkmaza dərin minnətdarlığımızı bildiririk.
 
Jale,
AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı