Qardaşların meyitləri hər birinin öz evində qohumları tərəfindən aşkarlanıb
Daxili İşlər Nazirliyi Qaxda baş verən dəhşətli hadisə barədə məlumat yayıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 14-də Qax rayonu ərazisində 1956-cı il təvəllüdlü İase Rostiaşvilinin və qardaşı 1960-cı təvəllüdlü Besarionun bıçaqla qətlə yetirilmiş meyitlərı yaşadıqları evdə tapılıb.
Qeyd edək ki, qardaşların boğazları kəsilən meyiti yaşadıqları evdə aşkarlanıb.
Öldürülənlər tək yaşayırlarmış. Onların meyitləri hər birinin öz evində qohumları tərəfindən aşkarlanıb.
Faktla əlaqədar cinayət işi başlanıb.