"Kristal"dan mediada yayılan məlumatlarla bağlı açıqlama

"Kristal"dan mediada yayılan məlumatlarla bağlı açıqlama
SOSİAL
19:57 24.06.2026
258
Mediada yayılan məlumatlarla bağlı bildiririk ki, məqalədə qeyd olunan faktlar birtərəfli qaydada təqdim olunub və hazırda məhkəmə araşdırmasının predmeti olan məsələyə dair qarşı tərəfin mövqeyi əks olunmayıb.

İlk növbədə qeyd edək ki, sözügedən ərazidə 482 kv.m yaşayış evinin mövcud olması barədə iddialar həqiqəti əks etdirmir. Ərazidə yerləşən tikili təxminən 50 kv.m sahəsi olan yarımçıq tikilidən ibarətdir və bununla bağlı foto və video materiallar mövcuddur.

Həmçinin bildiririk ki, kompensasiya məbləği tərəfimizdən deyil, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza əsasında müəyyən edilib. Hazırda apellyasiya instansiyasının qərarı mövcuddur və qarşı tərəf həmin qərardan yuxarı məhkəmə instansiyasına şikayət verdiyi üçün proses davam edir. Tərəfimiz də məhkəmə araşdırmasının yekun nəticəsini gözləyir.

Diqqətə çatdırırıq ki, mediaya müraciət edən şəxsin adı sözügedən ərazi ilə bağlı sənədlərdə və məhkəmə işinin materiallarında yer almır. Məhkəmə prosesində isə aidiyyəti şəxs iştirak edir və öz hüquqlarını qanunla müəyyən edilmiş qaydada müdafiə edir.

Ərazidə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcud deyil, uzun müddətdir faktiki yaşayış qeydə alınmayıb və qanunsuz tikinti cəhdlərinin qarşısı aidiyyəti qaydada alınır.

Məhkəmə prosesi yekunlaşmadığından məsələnin hüquqi qiymətini yalnız məhkəmə verə bilər. Buna görə də ictimaiyyəti təsdiqlənməmiş məlumatlar deyil, rəsmi sənədlər və məhkəmə qərarları əsasında mövqe formalaşdırmağa çağırırıq.
OXŞAR XƏBƏRLƏR