Başqa səs

Başqa səs
KÖŞƏ
18:15 15.05.2018
5167
Rza RZAYEV
Rejissor, aktyor

Bizdə belədi, tutduğumuz pis işdən özümüz xəcalət çəkmərik, bunu başqasının görməsindən, bilməsindən qorxarıq, utanarıq. Başqası görməsə, bilməsə, nə istəyirsən edə bilərsən, bizə başqalarının görməsi, bilməsi əzab verir. Çünki biz özümüzə qiymət verə bilmirik, həmişə özümüzü başqalarına görə qiymətləndiririk, dəyərləndiririk. Bir pis işimiz olanda başqa millətləri məsəl çəkirik, guya onlarda belə pis işlər olmur. Başqalarında düzəlməyəni özümüzdə düzəltmək istəyirik. Özümüz öz əyrimizi düzəltmərik, istəyirik başqası gəlib düzəltsin, bizə elə gəlir ki, başqası hər şeyin daha yaxşısını edə bilir, eyni şey başqasında daha düzdü, bizdə düz görünmür.

Şikayəti də başqasına etməyi sevirik, öz aramızda hansısa problemi həll etmək elə bil qanımızda yoxdur, başqalarının tökdüyü qanımızdan dərs çıxarmırıq. Belə düşüncəmiz var ki, istəklərimizi ancaq başqaları ödəyə bilər, çünki tələb olunan hamımıza lazımdır, bunu da kimsə kimsəyə verməz, bizə lazım olanda başqasına lazım olmadığından həmən istəyi yerinə yetirir, ürəyimizi alırlar, gözümüzdə olurlar ən uca yerdə.

Biz geyimi də başqalarına görə geyinirik - yaraşdı-yaraşmadı, təki başqaları geyindiyindən geyinək, təki başqaları bəyənsin. Təki başqa olaq.

Və ən dəhşətlisi, dilə gətirilməsi çətin olan, danışılası olmayan - başqalarının qadınının gözümüzdə gözəl görünməsidir, gözümüz həmişə onun-bunun qadınındadır, millət olaraq da başqa millətlərin qadınlarını sevirik, xoşlayırıq, dərdindən ölürük.

Bizə zövq verən başqalarının bizdən aldığı zövqdür.
Biz başqalarının yavaş-yavaş qazandığı hər şeyi birdən istəyirik, gördüklərimizi birdən istəyirik - komasını.
Hər şeyin komasını əldə etmək üçün əziyyətlər çəkirsən, baş sındırırsan, zaman itirirsən, imkanlar isə səni gözləmir. Kimsə artıq yararlanıb. Mövcud olandan doğru istifadə gələcək arzuları da təmin edir. Bir idarədə rəhbər olmaq istəyin var, amma mövcud olan anda imkanlar hələ sənin o idarədə fəhlə olmağını təmin edə bilər, arzular isə buna imkan vermir, mövcud olmayanları xəyal etmək, yaşamaq, süni zövq almaq - artıq psixologiyaya təsir edir. Qəbul edə bilmirsən "aşağı" işi, birbaşa yuxarıdan başlamaq istəyirsən. Görürsən ki, kimlərsə kiminsə hesabına belə imkan əldə edib, artıq potensialı olan şəxs də həvəsdən düşür, eşşəyi minib sonra ata minmək istəmir. Birbaşa at minənlər də, atı eşşək kimi minirlər, atı eşşəyin gününə salırlar. Sonra da ATƏT gəlir ki, sizin seçiminizi tanımırıq, çünki atımızı eşşək kimi minib pis günə qoymuşuq, ATƏT atını minib atlanıb-düşür, bizim atımız isə eşşək günündə, ATƏT ilə yarışa bilmir, məcbur olub ATƏT-in arxasınca gedirik, o da bizə ... atır. Hərdən də təpiyi üzümüzə dəyir, etiraz etməyə də üzümüz yoxdur.

Biz nə qədər topu qapıya tərəf vursaq da, ATƏT istədiyi vaxt qapının yerini dəyişir. Sonra da deyir ki, "Siz qadağan olunmuş zonanı ya keçibsiniz, ya da vurduğunuz top qadağan olunmuş sahəyə düşüb". Bəzən də, az qalırıq qol vuraq, ATƏT səs-küy salır, oyunu saxlayır, çoxlu qanun pozuntuları tapır, deyirsən "Axı nizamnamədə belə yazılıb", deyirlər - "Doğru", deyirsən "Bəs doğru olmayan nədir?!" Deyirlər -"Onu biz də bilmirik, top sizdə olanda doğru olmur. Nizamnamədə yazılana görə top bizdə olandadır - doğru. Top həmişə gərək biz istədiyimiz yerdə ola ki, doğrunu təsdiq edək, bizim oyumuz olmadan oyunda qələbəni qazanmaq olmaz". Başqalarını öz probleminin həllinə qoşanda həmişə belə olur, problem həll olunmur, hələ qalanda ki, problemi yaradanların özü problemləri həll etmək istəyən təşkilatda oy sahibi ola, onda problem sahibinin "oy" səsi çıxarmaqdan başqa yolu qalmır.

Vəziyyət budur ki, biz istədiyimiz formada məsələnin həlli mümkün görünmür, özümüzü vururuq korluğa, məcbur olub deyirik ki, biz sülh yolu ilə həllin tərəfdarıyıq, guya oynayırıq, başqa variant yoxdur, çünki topu ancaq bizim qapıya vurmaq olar, oyun bizim qapının ağzında gedir, ancaq müdafiə oyunudu. Qapılar dəyişmir, artıq əsas vaxt bitib, əlavə vaxt isə artıq müddətsiz görünür, hakimlər qol vurmağa imkan vermir. Düşmən belə də üstünlük qazana bilməyəndə - ATƏT (hakim) 11 metr verir, ha deyirsən ki, hadisə çox kənarda (Ermənistanda) baş verib, deyirlər hakimin qərarını dəyişə bilmərik, oyun bitsin hakimin qərarına qiymət verərik. Sonra hakimi dəyişirlər, guya cəzalandırıblar, başqa hakim gəlir, ayrı sifətdə, eyni məzmunda - dəyişən heç nə yoxdur, problem də yox kimi görünür.

Deyirlər özünüz həll edin, deyəndə bəs sizin işiniz nədir, çiyinlərini çəkirlər, bir az da qısnayanda - deyirlər siz öz aranızda elə razılaşın ki, biz də razı qalaq, bu razılığı tanıyaq, hüquqi qiymət verək, dünyaya tanıdaq.

Gələk seçkiyə, bu işdə də başqalarına ümid bəsləyirik. Başqaları az qala son seçkini tanımaq istəmirdilər, ATƏT tez iclas keçirib söz demək istəyirdi ki, bizimkilər sözünü dedi - başa saldılar ki, dəyişən heç nə yoxdur - həmişəki seçkidəndi, qarnınızın dərdini deyin?

Biz də ki başqalarının dərdinə tez dərman tapanıq, dərmanlarını verib yola saldıq. Qaldı səs salan özümüzünkülərə, yəqin başqalarına verdiyimiz dərmanın dörddə birini başqaları səs salan özümüzünkülərə verib sakitləşdirəcəklər, deyəcəklər ki, "Daha hələlik başqa səs çıxarmayın, başqa şey başa düşərlər!"

Top vurmaq istədiyin tərəfə getmirsə - qol olur!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Venesuela millisinin üzvü "Neftçi"də
19:52 15.07.2025
Venesuela millisinin üzvü "Neftçi"də