Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Həmin şəxsin Özbəkistan vətəndaşı olan qadını qətlə yetirməsindən sonra intihar etdiyi bildirilir.
Türkiyə vətəndaşının meyiti ekspertizaya göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin intihar maddəsi üzrə cinayət işi açılıb.