"Bavariya"nın futbolçusu koronavirusa yoluxdu

"Bavariya"nın futbolçusu koronavirusa yoluxdu
İDMAN
19:07 24.11.2021
326
Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq koronavirusa yoluxub.

AZXEBER.COM Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu karantinə alınıb.

Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildən "Bavariya"da çıxış edir.
OXŞAR XƏBƏRLƏR