Bayram günlərində strukturlar necə işləyəcək?
AZXEBER.COM TTV-yə istinadən xəbər verir ki, bayramı ərəfəsində Qərb bölgəsində nəqliyyat problemi yaşanmayacaq. Tovuz Dəmiryol Vağzalının rəisi Əhməd Əhmədov bildirdi ki, bayramla əlaqədər Bakı-Tbilisi, Bakı-Ağstafa-Qazax, Bakı-Böyükkəsik sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.
Biletlərin qiymətində isə dəyişilik yoxdur. Tovuzdakı avtovağzal da gücləndirilmş iş rejiminə keçib. Qurum rəsmisi Natiq Hacıyev hələlik sərnişin sıxlığının müşahidə olunmadığını bildirdi. Əgər zərürət yaranarsa xəttə əlavə avtobuslar buraxılacaq.Bayram günlərində baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün Tovuz Təcili Tibbi yardım stansiyasının tibbi personalı da gecləndirilmiş iş rejimində çalışır. Pirotexniki məhsullardan istifadə hər hansı yanğın və partlayışı da istisna etmir.
Fövqəladə Hallar Nazirliyinin Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları da bu kimi halların qarşısını almaq üçün bayram günlərində iş başındadırlar. İctimai asayiş və yollarda vəziyyət isə polis əməkdaşlarının nəzarətində olacaq.