Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib.
Bayram günləri ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin Oxu.Az-a verdiyi məlumata görə, mart ayının 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib.
Nəticədə 22 nəfər ölüb, 135 nəfər xəsarət alıb.
K.Əliyev baş verən qəzaların 36-nın paytaxt ərazisində qeydə alındığını bildirib.
Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb.
Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib.