Bakı beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, sərnişin sıxlığı demək olar ki, bütün istiqamətlərdə müşahidə edilir. Buna görə, avtobus xətlərinə ümumilikdə 100-dən yuxarı nəqliyyat əlavə edilib. Sərnişin sıxlığı biletlərin qiymətlərinə təsir etməyib.Sərnişin sıxlığı Azərbaycan Dəmir Yollarında da müşahidə edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov ANS PRESS-ə bildirib ki, dəmir yolunda sərnişin sıxlığı əsasən qərb istiqamətində müşahidə edilib: "Ötən gün ümumilikdə qatarlara 30, bu gün isə 20 əlavə vaqon qoşulub. Nadir Əzməmmədovun sözlərinə görə, sərnişin sıxlığı gediş haqqılarına heç bir təsir göstərməyib. Hələlik dəmir yolunda heç bir problem yaşanmayıb".