Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Qurban bayramı günlərinə olan hava proqnozunu açıqlayıb.
Departamentdən verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir. Səhər zəif şərq küləyi, gündüz və axşam isə mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun səhər 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.Oktyabrın 16-da səhər havanın tutqun olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi, axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi, gündüz və axşam cənub küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun səhər 16-18, gündüz 16-20, axşam 15-17 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında oktyabrın 15-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 16-da arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında qeyri-sabit, rütübətli hava şəraiti, oktyabrın 16-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.