Cinayət törətdiklərinə görə 11 nəfər tutulub.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
AZXEBER.COM DİN-in saytına istinaədn xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölmüş, 16 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 11 nəfər tutulub.