“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov Azərbaycan vətəndaşı olan ermənilərə müraciət edib. B. Səfərov işğal altında olan ərazilərin gec-tez geri qaytarılacağını bildirib. O deyib ki, Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycanda gedən quruculuq işlərindən daim faydalanıb, işğal bitdikdən sonra da faydalanacaqlar: “Onlar çalışıb, ağılsız separatçılardan tez canlarını qurtarmalıdırlar. Azərbaycan dövləti, Azərbaycan xalqı onlara işğala qədər sığınacaq verib, bizimlə birlikdə yaşayıblar, yenə də əvvəlki kimi yaşayacaqlar”.