Bayram Səfərov: “İstəyirik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları mütəmadi görüşsün”

Bayram Səfərov: “İstəyirik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları mütəmadi görüşsün”
Bütün Xəbərlər
20:26 12.12.2011
1435

“Son vaxtlar ATƏT-in Minsk qrupunun fəallığının artması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliyə səbəb ola bilər”. AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə görüşləri davam etdirmək fikrindədir: “Biz istəyirik ki, icmalar mütəmadi görüşsünlər. İcmalar arasında münasibətlərin qurulması, dialoq yaradılması münaqişənin həllinə müsbət təsir göstərəcək”. Moskvada nəzərdə tutulan növbəti görüşün tarixinin hələlik bəlli olmadığını vurğulayan icma rəhbəri qeyd edib ki, Berlin görüşünə qatılmayan erməni tərəfinin növbəti görüşə qatılıb-qatılmayacağı barədə indidən nəsə demək tezdir.

OXŞAR XƏBƏRLƏR