Bayramda Bakı avtovağzalı necə işləyəcək?

Bayramda Bakı avtovağzalı necə işləyəcək?
Bütün Xəbərlər
00:03 23.12.2013
855

Bayramlarla əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində qiymət intizamına nəzarət komissiyası yaradılıb

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaq.

ANS PRESS xəbər verir ki, əgər adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaq. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.

Bununla əlaqədar avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilib və qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşdıqları dispetçer məntəqəsinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR