Bayramda ucuz yarmarka təşkil ediləcək

Bayramda ucuz yarmarka təşkil ediləcək
Bütün Xəbərlər
00:21 21.12.2011
1695

Yeni il bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır.

Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək. Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, istehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq mallarını daha ucuz qiymətə əldə edə biləcəklər. Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR