Bayraqdar Elmanın oğlu özünü öldürdü

Bayraqdar Elmanın oğlu özünü öldürdü
Bütün Xəbərlər
10:48 18.06.2013
1871

Bayraqdar Elman Türkoğlunun 1996-cı il təvəllüdlü oğlu Məhəmmədəmin Həsənli intihar edib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə məlumatı KXCP sədrinin müaviniXəzər Teyyubluverib.Hadisə yerində olan X.Teyyublunun sözlərinə görə, bu gecə saat 03:00 radələrində M.Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub.Məlumata görə, Məhəmmədəmin Həsənli intihar etməzdən öncə atasından 1 manat alıb ki, internet kluba gedəcək. Lakin o, kluba getməyib. Təxminən 1 saat sonra qonşulardan biri ayaqyoluna keçərkən Məhəmmədəmini asılı vəziyyətdə görüb. Dərhal köməyə qonşuları səsləsə də artıq iş-işdən keçib.Hələlik intiharın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.Qeyd edək ki, Elman Türkoğlunun digər oğlu Elçibəy Həsənli hazırda hərbi xidmətdədir.Baş vermiş faciə ilə bağlı bayraqdar Elman Türkoğluya dərin hüznlə baş sağlığı verir, ona Allahdan səbr diləyirik.

OXŞAR XƏBƏRLƏR