Bazar ertəsini sevmeyin yolları

MARAQLI
12:40 16.01.2011
2617

Vərdişlərinizi pozmayın
Yadınıza salın ki, sizin üçün iş günüzə başlamaq nə ilə assosiasiya olunur. Qəhvə? Bir fincan için! Masanın üstünü təmizləmək? Stolun üstünü səliqəyə salın və iş fəaliyyətinə keçid təbii və ağrısız olacaq. 

Özünüzü ərköyünləşdirin
Bazar ertəsinə ən çox həzz aldığınız işləri saxlayın: başqa şöbədən yaraşıqlı nümayəndə ilə görüş, sənədlərin tikilməsi və s. İsveç pendiri prinsipinə yiyələnin - çətin işi xırda asan hissələrdən başlamaq üçün ara-sıra onda "dəliklər" açın.

Yüz işi birdən görməyin
Bir iş üzərində diqqətinizi cəmləşdirin. Əgər hesabat hazırlamalısınızsa, sosial şəbəkədəki məlumatlara cavab verməyin və ya nahara çıxmısınızsa, iş barədə düşünməyin. Bu zaman çətin iş daha tez görüləcək, xoş iş isə daha çox həzz verəcək.

Evə tələsin
Qarşınıza məqsəd qoyun ki, evə vaxtında gedəcəksiniz. Ciddi vaxt çərçivəsi qoyduqda şüuraltı kənar işlərə az vaxt ayıracaqsınız. Axşama görüş təyin edin, o zaman bazar ertəsi barədə düşünməyi unudacaqsınız.

Diqqətinizi yayındırın
Əgər bütün səhər ayinlərini yerinə yetirib yenə də işə başlaya bilmirsinizsə, bu anda nə istədiyinizi və ya nə istəmədiyinizi fikirləşin. Məsələn, monoton iş görməlisiniz, amma hələ də ayılmamısınızsa, nəsə bir fəal iş tapın: katibənin əvəzinə sənədləri başqa mərtəbəyə aparın və ya kadrlar şöbəsinə gedərək neçə gün məzuniyyətinizin olduğunu öyrənin. Bir balaca fasilədən sonra kompüter arxasına oturmaq xoş olacaq. Bir neçə ofis qaydasına əməl edin: fiziki fəallıq gümrahlandırır, kolleqalarla ünsiyyət yeni ideyalar yaradır, kağızları səliqəyə salmaq isə sakitləşdirir.

İşdə ağlamaq normaldır?
BƏLİ! Hər kəsə bəllidir ki, qadının ən güclü silahı göz yaşlarıdır. Ağlamaqla istədiyinə nail olmaq və cəzadan qurtulmaq mümkündür, bəzi hallarda. Müdirinin yanında ağlayan xanım bu yolla tənbehlərdən qurtula bilər.

XEYR! Düzdür, ağlamaq emosiyaları sakitləşdirir, amma bununla heç nəyə nail olmaq mümkün deyil. Ağlayan insan problem həlledicisinə yox, qurbana çevrilir. Ona görə mütəxəssislər ağlamaq məqamı gələndə dərindən nəfəs almağı və fəaliyyətə keçməyi məsləhət görürlər./// anspress

OXŞAR XƏBƏRLƏR