AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə əsasən, hazırda bazarlara əsasən Sabirabaddan gətirilən yerli qarpız çıxarılır. İsti hava və dəniz mövsümünün başlaması satışların artmasına səbəb olub.
Satıcıların sözlərinə görə, yaxın günlərdə bazara məhsulun daha da çox çıxacağı gözlənilir. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.











































