Bazarda qiymətlər bahalaşıb

Bütün Xəbərlər
17:16 20.02.2011
1898

İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, yanvarda ərzaq malları 2,67 faiz bahalaşıb. Ən çox bahalaşan isə soğan olub -26%. Fındıq, noxud, şəkər tozu da bahalaşan mallar sırasındadır. Bakıda bahalaşma səviyyəsi rayonlarla müqayisədə çox olub, yəni paytaxtda qiymətlər 2,24 faiz artıdığı halda, regionlarda qiymətlər 1,23 faiz artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda yeyinti məhsulları 1,5 faiz bahalaşıb. Ayrı-ayrı məhsullara gəlincə, ötən ay bahalaşan yeyinti məhsulları düyü, manna yarması, mal, qoyun və toyuq əti, eləcə də süd və süd məhsullarıdır. Meyvələrdən limon, portağal, naringi, alma, armud, heyva, nar, xurma bahalaşıb. Tərəvəzlərdən isə kələm, çuğundur, xiyar, pomidorun qiyməti qalxıb. 


Bunlardan fərqli olaraq çörək və un məmulatları, qarabaşaq yarması, banan, göyərti və kök ucuzlaşıb. Bahalaşma fevral ayında da davam edib. Bu isə prosesə hökumətin antikorrupsiya tədbirlərinin təsir etmədiyini göstərir. 

İqtisadçı-ekspert Qubad İbadoğlu məsələyə münasibət bildirərkən deyib ki, korrupsiya ilə mübarizəylə qiymətlərin bahalaşması surəti arasında bir əks-mütənasiblik olmalı idi: “Nə qədər korrupsiyayla mübarizə güclənirsə, bir o qədər də qiymətlərin səviyyəsində ya durğunluq, ya da eniş gözləyirdik. Amma hazırda bazarlarda ərzaq məhsullarının qiyməti həm əvvəlki illə, həm əvvəlki ayla müqayisədə əhəmiyyətli dərəcədə bahalaşıb”. 

Beynəlxalq təşkilatlar da ölkədə inflyasiya templərinin sürətləndiyini bildirib. Belə ki, Beynəlxalq Valyuta Fondu bu ilin sonuna qiymət artımının 10 faizə çatacağını proqnozlaşdırır. Hökumət rəsmiləri isə bu il inflyasiyanın bir qədər yüksək olacağını, amma bir rəqəmli həddə qalacağını proqnozlaşdırıb.

//Ans TV

OXŞAR XƏBƏRLƏR