"Bazarstore"u məhkəməyə verdilər

"Bazarstore"u məhkəməyə verdilər
Bütün Xəbərlər
13:22 16.09.2015
808
"Qızıl-Gül" firması "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
"Report"un məlumatına görə, firma icarə müqaviləsinə xitam verilməsini tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Qızıl-Gül" firması ilə "Bazarstore" arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanıb. Müqavilə sənədinə əsasən, "Qızıl-Gül" firması Sumqayıt şəhəri, 30-cu məhəllədə 2 min kvadratemetrlik ərazini "Bazarstore"a icarəyə verib. Bu ilin martında isə firmanın direktoru Azər Nəbiyev mülkiyyətində olan obyektinin icarə haqqının qiymətini artırıb. Tərəflər arasında mübahisə də məhz bundan sonra yaranıb.
OXŞAR XƏBƏRLƏR