Ali məktəblərin qiymətləndirilməsində onun dünyada tanınması, elektron məkanda tutduğu çəki, başqalarının onu qiymətləndirməsi, müasir elmi nəşrlərin çəkisi kimi kriteriyalar əsas götürülüb.
Xəzər Universitetinin ictimai əlaqələr və media mərkəzindən verilən məlumata görə, dünyadakı 19266 ali məktəb, o cümlədən Azərbaycanın 36 ali məktəbi tədqiq olunub, 12 min ali məktəbin adı açıqlanıb. 12 min ali məktəb arasına Azərbaycandan 4 ali məktəb düşüb: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11 108-ci yer).
Yüksək liqa hesab olunan ilk 6 min ali məktəblər arasına Azərbaycandan yalnız Xəzər Universiteti daxil ola bilib. Keçmiş SSRİ məkanından bu sırada Ukrayna 38, Litva 17, Latviya 10, Estoniya 8, Belarus 7, Ermənistan 5, Moldova 4, Qırğızıstan 3, Qazaxstan 3, Gürcüstan 2 ali məktəblə təmsil olunub.
Azərbaycana qonşu dövlətlərdən Rusiyanın 238, Türkiyənin 82, İranın 49 ali məktəbi dünyanın 6 min yaxşı ali məktəbi sırasındadır.
Yüksək liqada ən çox təmsil olunan ölkələr ABŞ (1722), Çin (567) və Yaponiyadır (388)./// faktxeber.com