BDU-da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müzakirə edildi

GƏNCLİK
09:15 12.05.2011
2274

Tədbiri giriş sözü ilə açan THİK-nin sədri Daşqın Qənbərov ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb və bu siyasətin gənclərin formalaşmasındakı rolundan söhbət açıb. D.Qənbərov hazırlanmaqda olan yeni Dövlət Proqramı layihəsinin gənclərin inkişafı istiqamətində çox mühüm bir mərhələ olduğunu qeyd edib. Çıxış edən THİK-in sədr müavini Sahil Hacıyev tələbələri müzakirələrdə fəal olmağa çağırıb, onları düşündürən problem və təkliflərlə çıxış etməyə dəvət edib.

Təkliflə çıxış edən tələbələrdən Kitabxanaçılıq- informasiya fakültəsinin THT sədri Elvin İbrahimov təhsildə şəffaflığın artırılması məsələsinə toxunub. Daha sonra Filologiya fakültəsinin THT sədri Elməddin Əmirov təcrübəyə göndərilmələri ilə bağlı təkmilləşmələrin aparılmasını təklif edib. Çıxış edən tələbələr bir çıx təkliflər irəli sürüblər. Sonda məqsədə müvafiq hesab edilən təkliflərin işçi qrupa təqdim edilməsi qərara alınıb.

 

OXŞAR XƏBƏRLƏR