Bu gün Antalya Akdəniz Universitetinin Riyaziyyat bölməsinin müdiri, professor İlham Əliyev Mövlanə Mübadilə proqramı çərçivəsində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində “Teleskopik düstur və onun tətbiqləri” mövzusunda yay məkətəbində iştirak edən müəllim və tələbələr qarşısında məruzə ilə çıxış edib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM- a verilən məlumata görə, elmi-tədqiqat sahələri harmonik analiz, yaxınlaşma (aproksimasiya) nəzəriyyəsi, inteqral çevrilmələr, klassik analiz olan professor İ.Əliyev BDU-da olacağı bir həftə müddətində daha bir neçə məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, İ.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasında işlədiyi vaxtlarda əmək fəaliyyətindəki uğurlarına görə Lenin Komsomol mükafatına layiq görülüb.