BDU-da Bilik günü - FOTOLAR

BDU-da Bilik günü -  FOTOLAR
Bütün Xəbərlər
13:02 16.09.2013
1729

15 sentyabr - Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3855 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 271 nəfərinin 600-700, 612 nəfərinin 500-600 arası bal topladığı və 650-dən yuxarı bal toplayanların sayının isə 73 nəfər olduğunu bildirib. Yüksək bal toplayan tələbələrdən 4 nəfərinin Prezident İlham Əliyevin sərəncamına əsasən Prezident təqaüdünə layiq görüldüklərini deyən rektor dövlət başçısının ali məktəb tələbələri üçün prezident təqaüdünün artırılması haqqında imzaladığı fərmandan da bəhs edib. Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutmuşdur: «Bu bizim hər birimizin, o cümlədən siz tələbələrin məsuliyyətini bir qədər də artırmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir. Çalışın, sizə yaradılan şəraitdən səmərəli istifadə edərək öncə özünüzü, sonra isə sizin intellektinizə arxalanacaq alimlərimizin gücünü, sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını doğruldasınız». Rektor Abel Məhərrəmovun sözlərinə görə, beynəlxalq aləmdə özünə böyük hörmət və nüfuz qazanan prezident İlham Əliyevin «Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik» devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərdə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

Digər çıxışçılardan sonra akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himnin sədaları altında yuxarı qaldırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu da Birgə Bəyannamənin - Tam mətni
01:03 09.08.2025
Bu da Birgə Bəyannamənin - Tam mətni
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"