BDU-da ekologiya və torpaqşünaslıq fakültəsi açılıb

GƏNCLİK
19:25 03.03.2011
2736
Bununla yanaşı, “Ekoloji monitorinq” üzrə elmi-tədris laboratoriyasının, “Ekoloji kimya və ətraf mühitin mühafızəsi” elmi-tədqiqat laboratoriyasmın və kompyuter otağının da açılışı olub. Açılış mərasimində BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov, ekologiya və təbii sərvətİər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəriçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digər rəsmi qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ölkədə bütüün sahələrə olduğunu kimi, ekologiya sahəsinə də xüsusi diqqət və qayğı göstərilir. O vurğulayıb ki, satca 17-ci olan Ekologiya və torpaqşünaslıq fakultəsi fəaliyyətdə olan müvafıq kafedralar əsasında yaradılıb. Onun sözlərinə görə, yeni yaradılmış və müasir avadanlıqlarla təchiz olunmuş fakültədə bakalavr pilləsi üzrə “Ekologiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Rektor A.Məhərrəmov Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələrin də ekoloji təsəvvürlərin daha da genişləndirilməsindəki xidmətlərinə və elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, torpaqşünaslıq, kadastr elminin, ekoloji biliklərin daha da inkişafındakı xidmətlərinə və elmə, təhsilə göstərdiyi qayğıya görə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova “Universitetin dostu” mükafatını təqdim edib.

Ekologiya və Təbii Sərvətİər naziri Hüseynqulu Bağırov və Torpaq və Xəriçəkmə Komitəsinin sədri Qərib Məmmədov BDU-nun Təkamül-təlimi muzeyinə Azərbaycan florasını əks etdirən dəyərli hədiyyələr təqdim ediblər.

OXŞAR XƏBƏRLƏR