Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höcətovla bağlı müxtəlif məlumatlar yayılıb.
Məsələni dəqiqləşdirmək üçün modern.az-ın əməkdaşı Bakı Dövlət Universitetinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, bu gün məsələ rektorluqda ciddi müzakirə olunub:
“Müzakirə əsnasında M. Höcətov tutduğu vəzifədən azad olunması xahişi ilə müraciət edib və onun müraciəti təmin olunub”.
Qeyd edək ki, AZXEBER.COM portalında ötən gün Mahir Höcətovun digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alması, 10-15 AZN qarşılığında vəsiqələrini geri qaytarması ilə bağlı yazmışdı. Məlumatı blogger Mehman Hüseynov öz profilində qeyd etmişdi.