Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.
Amma bu gün aldığımız məlumata görə, testlə imtahan olmayacaq. BDU-da təhsil alan tələbənin AZXEBER.COM-a verdiyi məlumata görə, imtahanlar əvvəlki qaydada yəni yazılı şəkildə olacaq. Ona bu sözləri təhsil aldığl fakültənin dekan müavini deyib. BDU-da iş saatı bitdiyinə görə, məlumatı dəqiqləşdirmək mümkün olmadı. AZXEBER.COM portalı mövzuya yenidən qayıdacaq.