BDU-da Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib - FOTOLAR

BDU-da Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib -  FOTOLAR
Bütün Xəbərlər
13:59 17.04.2013
2471

Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyətinin iştirakı ilə Türk-Azərbaycan Hüquq Lüğətinin təqdimat mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindənAZXEBER.COM-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə daha geniş və hərtərəfli xarakter kəsb etməyə başlayıb. Bu ümumi proses çərçivəsində hər iki qardaş ölkənin hüquq sistemində fəaliyyət göstərən müxtəlif təşkilat və müəssisələr arasında da qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə inkişaf etməkdədir. Rektor həmçinin xatırladıb ki, bu səpkidə olan fəaliyyətlər çərçivəsində Türkiyə Ədliyyə Akademiyasının Prezidenti və onu müşayiət edən heyət 2012-ci ilin fevralında BDU-nun Hüquq fakültəsində də görüş keçirib. Bu görüş əsnasında iki qardaş ölkənin hüquq sahəsindəki müxtəlif qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı barəsində müzakirələr aparılarkən Ankara Universiteti ilə BDU arasında hüquqşünaslıq ixtisası üzrə ikili diplom proqramı haqqında da məlumat verilib. Akademik bildirib ki, bu nöqteyi-nəzərdən ortaq “hüquq lüğəti”nin hazırlanmasının iki qardaş ölkə arasında hüquqi sahədəki yaxınlaşmaya ciddi töhfə verəcək.

Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev qeyd edib ki, bu lüğət BDU-Ankara ikili diplom proqramı çərçivəsində təhsil fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyət və rola malik ola biləcək. Belə ki, həm ikili diplom proqramı çərçivəsində təhsil fəaliyyətinə cəlb olunan türkiyəli tələbə və professor-müəllim heyəti tərəfindən Azərbaycan qanunvericiliyinin və hüquq ədəbiyyatının mənimsənilməsini, həm də azərbaycanlı tələbə və professor-müəllim heyəti tərəfindən Türkiyə qanunvericiliyi və hüquq ədəbiyyatının mənimsənilməsini xeyli asanlaşdıracaq. Bundan başqa, bu lüğət təkcə universitet səviyyəsində deyil, bütün Azərbaycan miqyasında istər dissertasiya işlərinin hazırlanmasında, istərsə də müxtəlif hüquq mühafizə orqan və təşkilatları arasında qarşılıqlı yazışma və birgə layihələrin hazırlanmasında asanlıqlar və yeni imkanlar təmin edəcəkdir.

Daha sonra Türkiyə Ədliyyə Akademiyasının İdarə Heyətinin üzvü, Yüksek Seçim Kurulu başqanı Sadi Güvenin və Türkiyə Ədliyyə Akademiyasının hakim heyətinin üzvü, Azərbaycanca-Türkcə hüquq lüğətinin redaksiya heyətinin üzvü, professor Ejder Yılmazın çıxışları olub.

Qeyd edək ki, lüğətin 5 müəllifi var: Fərhad Mehdiyev, Sərvər Süleymanlı, Mübariz Yolçuyev, Elçin Xələfov və İsmayıl İsmayıllı. Elmi redaktoru isə Hüquq fakültəsinin dekanı prof. Əmir Əliyevdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA