BDU-da "Yeni Müsavat" qəzetinə qadağa var?

GƏNCLİK
14:47 04.05.2011
4241

Məlumat üçün qeyd edək ki, Qərb Universitetinin tələbəsi olduğunu söyləyən Rüfət Əliyev hadisənin təfərrüatları barədə AZXEBER.COM-a demişdir:: “Bəli, mən mühafizəçilərə sadəcə, dərs vəsaitlərini vermək üçün orada olduğumu söylədim. Onlar da mənim tələbə biletim olmadığı üçün haqlı olaraq qapıda gözləməyimi xahiş etdilər. Razılaşdım. Sonra isə əlimdə ”Yeni Müsavat"ı görüb mənə aqressiv davranmağa başladılar".

Məsələ ilə bağlı "Yeni Müsavat" qəzeti Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. O, bu məsələdən xəbərsiz olduğunu söyləyib: “Həmin tələbənin içəri buraxılmaması normal bir haldır. Çünki BDU-da mühafizə sistemi çox güclüdür. Güman eləmirəm ki, universitetdə elə bir hadisə baş versin. Bundan əlavə, BDU-da heç bir kütləvi informasiya vasitəsinə qadağa yoxdur. Hər kəs istədiyi qəzeti alıb oxumaqda azadır. Mən güman eləmirəm ki, universitetdə belə bir hadisə baş versin. Bütün fakültələrlə əlaqə saxlayıb bu məsələni araşdırmışam. Heç kəsin bu məsələdən xəbəri yoxdur”.

 BDU-ya "Yeni Müsavat"la girməyə cəhd edən tələbənin eksklüziv müsahibəsini buradan oxuya bilərsiniz

OXŞAR XƏBƏRLƏR