BDU-dan tələbələrin keçirdiyi aksiya ilə bağlı rəsmi - AÇIQLAMA - FOTOLAR

BDU-dan tələbələrin keçirdiyi aksiya ilə bağlı rəsmi -  AÇIQLAMA - FOTOLAR
Bütün Xəbərlər
16:05 20.02.2014
4365

“BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub”.

Bu sözləri AZXBER.COM-a açıqlamasında BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova söyləyib. O, aksiyanın 8-10 dəqiqə davam etdiyini bildirib:

“Bir neçə gün bundan əvvəl facebook sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz aksiyası keçirmək məqsədilə çağırış ediblər. Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhilə əlaqədar mətbuatda məlumatlar verilib.

Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbəbləri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub. Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib.

Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib. Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb”.

Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində aksiya keçirilib. Polis aksiyanı dağıdıb. Aksiya keçirilən yerə, polis tərəfindən xüsusi öyrədilmiş itlər cəlb edilib. Aksiyada 4-ə yaxın tələbə saxlanılıb. Onlardan biri Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, aksiyaya səbəb kəsri olan tələbələrin kredit üçün əlavə pulun tələb olunmasıdır.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR