BDU dünyanın ən yaxşı universitetləri arasında (SİYAHI)
GƏNCLİK
01:53 16.12.2011
3912
Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) dünyanın ən yaxşı 2000 universitetinin siyahısını açıqlayıb. Cədvələ ABŞ-ın “Harvard” universiteti başçılıq edir. Azərbaycanın isə yalnız bir ali məktəbi ən yaxşılar arasında yer alıb. Ölkəmizin ən böyük təhsil ocağı olan Bakı Dövlət Universiteti cədvəlin 1951-ci pilləsindən 1837-ci sırayadək irəliləyib. Qeyd edək ki, ən yaxşı 2000 universitetdən 413-ü ABŞ-da yerləşir. Bu rəqəm keçən il 459-a bərabər idi. Siyahıda Türkiyənin 67 ali təhsil ocağı da yer alıb. Ən yüksək nəticə isə “İstanbul” universitetinə məxsusdur - 383-cü pillə. Siyahının ilk 11-liyi 1. “Harvard” universiteti 2. “Toronto” universiteti 3. “Con Hopkins” universiteti 4. “Stanford” universiteti 5. “Kaliforniya Berkelay” universiteti 6. “Tokyo” universiteti 7. “Miçiqan” universiteti 8. “Vaşinqton Sitl” universiteti 9. “Los-Anceles” universiteti 10. “Oxsford” universiteti11. “Kembric” Univeriteti