BDU evində 40 min manatla yaxalanan professor haqqında açıqlama verdi - RƏSMİ

BDU evində 40 min manatla yaxalanan professor haqqında açıqlama verdi - RƏSMİ
Bütün Xəbərlər
16:01 07.05.2012
2912

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunmasına münasibət bildirib.BDU-nun Mətbuat və informasiya şöbəsindənAZXEBER.COM-a bildirilib ki, həqiqətən Məhəmməd İmanlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının professorudur və 2004-cü ildən Hüquq fakültəsi dekanının müavini vəzifəsində işləyib. 2011-ci ildə həmin vəzifədən azad edilib. Hal-hazırda BDU-da heç bir rəsmi səlahiyyətli vəzifə daşımır.

”Haqqında söhbət gedən Beynəlxalq iqtisadi əlaqələr adlı fakültə Bakı Dövlət Universitetində yoxdur və oraya heç bir qəbul aparılmayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün ixtisaslar BDU-nun Böyük Elmi Şurasında iyun ayında müzakirə olunur, bu barədə dövlət qəzetlərində elan çıxır, müvafiq komissiya yaradılır və müsabiqə yolu ilə fakültələrə qəbul aparılır. Hazırda ikinci ixtisasa (əlavətəhsil) qəbulla əlaqədar hazırlıq işlərinə başlanmayıb, ümumiyyətlə bu il əlavə təhsilə qəbul aparılması nəzərdə tutulmur.

Hadisə təqsirləndirilən şəxsin evində, BDU-da olmayan ixtisasla əlaqədar, qəbul aparılması nəzərdə tutulmayan bir yerlə bağlı baş verdiyinə görə, respublikanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adının mətbuatda bu məsələ ilə paralel hallanması təəssüf doğurur”.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məlumatına görə, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edib, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama