BDU Jurnalistika fakültəsi ANS-ə rəqib oldu

BDU Jurnalistika fakültəsi ANS-ə rəqib oldu
GƏNCLİK
10:45 20.04.2011
2408
Mərasimdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və turnirin baş sponsoru “Akkord” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva iştirak edib.

A.Aşırlı çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qəzet artıq 8 ildir ki, bu turniri təşkil edir. O, turnirin məqsədinin ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini bir daha xatırlamaq, jurnalistlərin həmrəyliyini, onların asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək olduğunu qeyd edib. Turnir haqqında məlumat verən baş redaktor yarışda 10 komandanın 2 qrupda mübarizə aparacağını vurğulayıb.

Daha sonra çıxış edən A.Quliyeva təmsil etdiyi şirkətin daima medianı diqqətdə saxladığını, jurnalistlərə xüsusi güzəştlər etdiyini deyib. O, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnirə sponsorluq etməyin şərəfli olduğunu qeyd edib. Şirkət təmsilçisi bu il də ötən ilki sponsorluq paketini dəyişdirmədiklərini, ilk yerə 1000 (min), ikinci yerə 500 (beş yüz), üçüncü yerə 300 (üç yüz), 6 ayrı nominasiya üzrə qaliblərə isə 150 manat pul mükafatı veriləcəyini bildirib. A.Quliyeva yarış iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, turnirin digər sponsoru "Muğanbank" ASC-dir.

Daha sonra püşkatma olub. Püşkatmanın nəticələrini nəzərinizə çatdırırıq:

A qrupu 
1. AZTV
2. “Səma” Mətbuat Yayımı
3. İTV
4. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi
5. ANS

B qrupu 
1. “Şərq” qəzeti
2. “Səs” qəzeti + SİA+siasport.az+sestv.az
3. “Qanun” nəşrlər evi
4. “525-ci” qəzet+”Ədalət” qəzeti
5. ATV
OXŞAR XƏBƏRLƏR