BDU Jurnalistika fakültəsinin dekan müavini beynəlxalq konfransda iştirak edib (FOTO)

GƏNCLİK
16:39 26.04.2011
2667
Fakültənin dekanı, professor Anatoli Puyonun açdığı konfransın plenar iclasında Rusiya Jurnalistlər Birliyinin sədri V.Boqdanov, Dortmund (Almaniya) Texniki Universitetinin Jurnalistika İnstitutunun professoru X.Pettker, Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin professoru B.N.Lozovski və Sankt-Peterburq Dövlət Universitetinin professoru L.Qromova çıxış ediblər.

Konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib. Sankt-Peterburq Dövlət Universitetinin professoru Q.Melnik və Madrid Universitetinin əməkdar professoru L.Q.Kaydanın sədrlik etdikləri “Rusiyanın sosial-mədəni sahəsində media mətn” adlı bölmədə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Azərbaycan rusdilli mətbuatında Azərbaycan söz və ifadələrinin işlənməsi” mövzusunda məruzə ilə çıxış edib.

 

OXŞAR XƏBƏRLƏR