BDU mətbuat xidmətinin rəhbəri: "C. Mehrəliyevin BDU-dan xaric edilməsi onun siyasi fəaliyyəti ilə qəti şəkildə bağlı deyil"

GƏNCLİK
12:35 12.04.2011
2304
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə APA-ya C. Mehrəliyevin universitetdən qovulması ilə bağlı rəsmi məlumatı açıqlayıb. Onun sözlərinə görə, Tarix fakültəsinin əyani şöbəsinin III kurs tələbəsi olmuş C. Mehrəliyev 2009/2010-cu tədris ilinin I semestri ərzində üzrsüz səbəbdən dərs buraxıb və həmin tədris ilinin qış imtahan sessiyasında 5 fəndən akademik borcu qalıb. 01.07.2010-cu il tarixli əmrlə 15 sentyabr 2010-cu il tarixdə dərslərə başlamaq şərtilə təkrar kursda saxlanıldıqdan sonra da sistematik olaraq dərslərdə iştirak etmədiyinə, 2010/2011-ci tədris ilinin fevral-mart ayları ərzində üzrsüz səbəbdən 158 saat dərs buraxdığına, bununla da, universitet daxili nizam-intizam qaydalarını pozduğuna görə o, 5 aprel 2011-ci il tarixli əmrlə BDU-dan xarici edilib.
P. İbrahimova C. Mehrəliyevin BDU-dan xaric edilməsinin onun siyasi fəaliyyəti ilə qəti şəkildə bağlı olmadığını da vurğulayıb.

OXŞAR XƏBƏRLƏR