BDU MDB ali məktəblərinin reytinq siyahısında

BDU MDB ali məktəblərinin reytinq siyahısında
Bütün Xəbərlər
17:21 28.03.2014
1587
Universitetdə tələbələrə daha bir güzəşt olundu.
“Ekspert RA” reytinq agentliyi MDB-yə üzv ölkələrin ən yüksək səviyyəli universitetlərinin siyahısını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, reytinq siyahısına 153 ali məktəb daxil edilib ki, həmin universitetlər A-dan E-dək 5 kateqoriyaya ayrılıb.
Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və Qırğızıstan universitetlərinin adı olan siyahıda Azərbaycandan yalnız Bakı Dövlət Universiteti 40-cı pillədə yer alıb.
Reytinq siyahısı statistik göstəricilərlə yanaşı, 5,5 min respondentlə (müəllimlər, alimlər, tələbələr, məzunlar və digər əməkdaşlar) aparılan sorğu nəticəsində tərtib edilib.
Qeyd edək ki, kateqoriyalara bölünmə zamanı MDB ölkələri universitetlərində Boloniya prosesinin tətbiqi əsas götürülüb və BDU-nun bu istiqamətdə bakalavr-magistr hazırlığı qənaətbəxş hesab edilib. Ermənistan və Gürcüstan universitetləri siyahıda yer ala bilməyib.
Əlavə edək ki, Bakı Dövlət Universitetinin tələbələri bildiriblər ki, BDU-da mühazirə dəftərləri üçün tələb olunan 5 bal ləğv olunub.
Məlumatda deyilir ki, semestr imtahanına qədər toplanıla bilən 10 bal davamiyyət, 10 bal fərdi iş, 30 bal isə seminar qiyməti olacaq. Mühazirə dəftərləri üçün bal tələb olunmayacaq.
OXŞAR XƏBƏRLƏR