BDU məzunları diplomlarını niyə ala bilmir?

BDU məzunları diplomlarını niyə ala bilmir?
GƏNCLİK
15:54 29.11.2012
2532
Bakı Dövlət Universitetində 4-cü kursu bitirən tələbələrin diplomları hələ də verilməyib. 
Son günlər AZXEBER.COM-un elektron ünvanına bu barədə şikayət məktubları daxil olur. Məlumata görə, oktyabrda verilməsi planlaşdırılan diplomların böyük bir hissəsi hələ də bakalavrlara verilməyib. Bu isə, bakalavrların əksəriyyətinə böyük problemlər yaradır. Belə ki, universiteti bitirən bəzi tələbələr məsələnin həll edilməməsinin onların işlə bağlı müraciətlərinə təsir etdiyini söyləyirlər. Eyni zamanda bu problem hərbi qulluqda olan şəxslərin müddətdən artıq hərbi xidmətdə qalmalarına da səbəb olur.
Məsələ ilə bağlı BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova AZXEBER.COM-a açıqlama verib. Şöbə müdirinin sözlərinə görə, problemin universitetlə heç bir əlaqəsi yoxdur:
"Təhsil Nazirliyi tərəfindən diplomların verilmə qaydasında müəyyən dəyişikliklər edildiyi üçün - yeni tələbə bazasının yaradıldığı üçün diplomların verilməsində müəyyən ləngimələr olub. Yaxın bir həftə ərzində diplomların verilməsi prosesi başlayacaq"
Azxeber.Com
OXŞAR XƏBƏRLƏR