BDU müəllimləri bəyanat yaydı - MƏTN

BDU müəllimləri bəyanat yaydı - MƏTN
MARAQLI
12:33 15.11.2011
1912

Bakı Dövlət Universitetinin bir qrup müəllimi Azərbaycan Ziyalılar Forumuna qarşı birgə müraciət qəbul edib.

Rəsmi dövlət qəzeti “Azərbaycan”da müraciət “Bakı Dövlət Universitetinin bir qrup ziyalısının Azərbaycan ziyalılarına müraciəti” adı altında, 50-yə yaxın imza ilə dərc olunub. Ümumilikdə müraciəti 245 nəfərin imzaladığı göstərilib.

Müraciətin mətnini"Media forum" saytının oxucularının da diqqətinə çatdırırıq:

“Hörmətli həmkarlar!

Bakı Dövlət Universitetinin ağsaqqal ziyalıları adından bütün Azərbaycan ziyalılarına müraciət edirik. Biz şübhə etmirik ki, siz də bizim kimi ölkəmizin bugünkü sabitliyini ən böyük dəyərimiz hesab edirsiniz. Yaxşı xatırlayırıq ki, cəmiyyət həyatının bütün sahələrində ön mövqedə olan Azərbaycanın inkişaf prosesinə öz töhfələrini verən ziyalılar ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə etiraz olaraq, xalqı öz ətrafında birləşdirməyə nail oldular. Lakin sonralar hərəkatın rəhbərliyindən ziyalıların sıxışdırılması, idarəçiliyin, tədricən, qaragüruhun əlinə keçməsi milli mücadiləmizin uğursuzluğuna gətirib çıxardı. Nəticədə müstəqillik uğrunda mübarizənin mahiyyəti dəyişdi, hakimiyyət uğrunda savaşlar, vətəndaş qarşıdurmaları, 20 Yanvar faciəsi kimi olaylar baş verdi, üstəlik Qarabağ hadisələrində ardıcıl məğlubiyyətlərlə üzləşdik. Əlbəttə, bu gün artıq həmin dövr deyil. Təəssüf ki, bu gün adını ziyalı qoyan 20-30 nəfərin toplumundan əmələ gələn və “Ziyalılar forumu” adlanan qurumun nümayəndələri bütün Azərbaycan ziyalıları adından bəyanatlar verərək minlərlə ziyalının gördüyü həqiqətləri başqa rəngdə çatdırmaq, şəxsi mənafeləri naminə təkcə Azərbaycan xalqını deyil, bütün dünya ictimaiyyətini çaşdırmaq istəyirlər.

Lakin Azərbaycan dünyada nüfuzu olan, iqtisadi inkişaf dinamikasına görə fərqlənən, BMT Təhlükəsizlik Şurasına üzv seçilən, Avropanın mədəniyyət mərkəzi kimi “Eurovision” yarışmalarına ev sahibliyi edən, bölgənin enerji tranzit mərkəzinə çevrilən... və bir çox başqa uğurları olan ölkədir. Biz belə hesab edirik ki, bu uğurlar hər bir Azərbaycan ziyalısının fəxr və qürur mənbəyi olmaqla bərabər, həm də onların dövlətə, dövlətçiliyə sədaqətli xidmətinin nəticəsidir. Bu gün kimsənin bu uğurları əlimizdən almağa, düşmən xarici ölkənin mətbuatında tez-tez səsləndiyi kimi, “ərəb təcrübəsinin tətbiq olunmasına” şərait yaratmağa ixtiyarı yoxdur! Həqiqi ziyalılar antiazərbaycan şəbəkənin ölkəmizdə axtardığı istinad nöqtələri ola bilməz. Xaricdən düşmən qüvvələrin ayırdığı qrantları şəxsi maraqları naminə dövlətimizin əleyhinə çevirməyə çalışanlar siyasi münasibətlərin fövqündə dayanan ziyalılardan istifadəyə cəhd göstərməməlidirlər.

Tarixin bütün kəşməkəşlərini görən biz ağsaqqallar başa düşürük ki, yaşı 20 il olan gənc dövlətimizin tərəqqisi ilə yanaşı, hələ həll edə bilmədiyi problemlər də mövcuddur. Bu problemləri dövlət başçısı da, hər bir ziyalı da görür və onların həlli yolunda aparılan işlər bir an da səngimir. Əminik ki, ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyidir. Həmin mövqe bütün haqsızlıqlara, ədalətsizliklərə qarşı olub və olmalıdır da.

Biz “Ziyalılar forumu”nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik. Uğurlarımız artdıqca, bizə qarşı yönələn təxribatların reallaşması üçün ziyalılardan istifadə olunmasını qəbul etmirik. Ümumiyyətlə, forma xatirinə forum formalaşmamalıdır. Azərbaycanın hər hansı forum olmadan da aydın mövqeyi, açıq fikri, təəssübkeş qəlbi olan ziyalıları kifayət qədərdir. Tarix göstərib ki, milli maraqlara əsaslanmayan yol heç bir dövlətə şərəf, heç bir xalqa xoşbəxtlik gətirməyib.

Dünyanın bərkini-boşunu görmüş, tarixin sınaqlarının şahidi olmuş biz ziyalı ağsaqqallar da bütün bunları nəzərə alaraq, yanlış mövqe tutanlara bu yoldan çəkinməyi tövsiyə edirik.

Akademik Abel MəhərrəmovAkademik Vasim MəmmədəliyevAkademik Bəhram ƏsgərovAkademik Cəlal AllahverdiyevAkademik Fikrət ƏliyevAMEA-nın müxbir üzvü, professor Tofiq HacıyevAMEA-nın müxbir üzvü, professor Məhəmməd MehdiyevAMEA-nın müxbir üzvü, professor Vasif BabazadəAMEA-nın müxbir üzvü, professor Rəfiqə ƏliyevaAMEA-nın müxbir üzvü, professor Azad NəbiyevAMEA-nın müxbir üzvü, professor Yaqub MahmudovAMEA-nın müxbir üzvü, professor Məsumə MəlikovaAMEA-nın müxbir üzvü, professor Volodya TahirovProfessor Abuzər XələfovProfessor Qulu MəhərrəmliProfessor Karlen XudaverdiyevProfessor Məmməd YaqubovProfessor Musa BayramovProfessor Oqtay ƏkbərovProfessor Akif QuliyevProfessor Neymət QasımovProfessor Əli ƏliyevProfessor Qara MustafayevProfessor Şövqi GöyçaylıProfessor Həbibə SultanovaProfessor Qara NamazovProfessor Yusif SeyidovProfessor Lalə QuliyevaProfessor Tofiq VəliyevProfessor Əsmət MuxtarovaProfessor Ağalar AbbasbəyliProfessor Xəlil İsmayılovProfessor Əli ƏliyevProfessor Elşad QurbanovProfessor Əli ƏhmədovProfessor Çingiz HəsənovProfessor İzzət RüstəmovProfessor Sənubər AbdullayevaProfessor Məmməd ÇıraqovProfessor Pərvin DarabadiProfessor Cəfər QuluzadəProfessor Əyyub ƏzizovProfessor Ağavəli İbrahimovProfessor Rahib AbışovProfessor Tapdıq HəsənovProfessor Mikayıl CəfərovCəmi 245 imza”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir