Onun vəzifəsini müvəqqəti icrasına prorektor, professor Elxan Hüseynov gətirilib.
BDU-nun keçmiş rektoru, professor Firudin Səməndərov isə “AzadlıqRadiosunun” bu barədə suallarını cavablandırarkən məhz belə bir prosesin fonunda vəzifədən kənarlaşdırılmasından təəssüf edir.
- Firudin müəllim, islahatlar adı ilə keçirilən tədbirdə sizinlə bağlı qəbul olunan qərarı nə dərəcədə ədalətli sayırsınız?
-Mən Universitetlə bağlı bir şey deyə bilmərəm. Çünki buranın işçısıyəm. Amma mətbuatın bunu korrupsiya ilə əlaqələndirməsi ilə də qətiyyən razı deyiləm. Mən ömrümün 45 ilini universitetdə tədrislə məşğul olmuşam. Amma heç kəs, bir tələbə belə, deyə bilməz ki, ona qarşı təmənnalı yanaşmışam. Mən adını təmiz qoruyub saxlayan yeganə adamlardanam və bununla fəxr edirəm. İndi nə edim ki, kimsə məni istəməyən götürüb, mətbuatda bunun əksinə işarə edən şeylər verib.
- Hər halda bir fərd olaraq hesab edirsiniz ki, sizi rüşvət, korrupsiya kimi məsələlərdə ittiham etmək olmaz?
-Əlbəttə məni belə şeylərdə ittiham eləmək mümkün deyil. Bir az əvvəl auditoriyada idim. Dərsin başa çatdığını bildirən zəngə az qalmış tələbələrdən biri ayağa qalxıb dedi ki, «Firudin müəllim, biz mətbuatda gedən söz-söhbətlərə inanmırıq. Siz müqəddəs adamsınız və biz sizi sevirik». Məni auditoriyadan gurultulu alqışlarla yola saldılar.
Axı mən kimə nə etmişəm ki? Mən ömrüm boyu müqəddəs pedaqoq olmuşam. Mən tərbiyyəçi pedaqoq olmuşam. Mən rüşvətxor olmamışam. Heç vaxt mənim boğazımdan rüşvət keçməyib. Nəinki boğazımdan, heç xəyalımdan keçməyib rüşvət. Üzr istəyirəm, mən pul yığan olsaydım, belə dilənçi vəziyyətində yaşamazdım. Nə isə... Mənəvi cəhətdən çox ağrılı bir şeydir. Mənə yaraşmaz ki, qalxam unuversitetin üstündən özümü atam öldürəm. Mənə yaraşmaz bu. Çox xətrimə dəyildi. Universitetin rəhbərliyi də xətrimə dəydi. Axı məni tanıyırlar bunlar. Nə isə..
Amma BDU-nun verdiyi məlumatda rüşvət, korrupsiya məsələsi yoxdur. Bunu mətbuat işçiləri özləri uydurublar.
- Amma hər halda bu islahat adlandırılan prosesin fonunda adamlar cəzalandırılır. Və bu sırada sizin də adınız var.
-Axı, üzr istəyirəm, islahat bir qədər dərindən başlamalıdır. Axı bu qara camaat elə həmişə döyüləndi də. Rüşvətdən. korrupsiyadan söhbət gedirsə bu ancaq yuxarıda oturan vəzifəli şəxsllərlə bağlı masələdir. Hər şeyi qara camaata bağlamaq düzgün deyil axı. Nə isə....