BDU-nun keçmiş işçisi həbsxanada öldü

BDU-nun keçmiş işçisi həbsxanada öldü
Bütün Xəbərlər
20:03 05.10.2011
1981

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, sentyabrın 5-də saat 02:50 radələrində 1956-cı ildə Saatlı rayonunda anadan olmuş Əsədov Əlikram Əfsər oğlu koma vəziyyətində xəstəxanaya daxil olub. Həkimlərin səylərinə baxmayaraq, 55 yaşlı məhbusun həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişmiş məhbus Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2008-ci ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1(sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib və 10 il müddətinə azadlıqdan məhrum edilib. 6 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilən Ə.Əsədov 3 il imiş ki, həbsxana həyatı yaşayırmış. Bir vaxtlar Bakı Dövlət Universitetində işləmiş və dələduzluq edərək xeyli miqdarda pul mənimsəmiş şəxsin şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

//lent.az

OXŞAR XƏBƏRLƏR