BDU-nun professoru “İrəli” Yaşıllar Klubunda mühazirə oxudu - FOTOLAR

GƏNCLİK
19:34 10.12.2011
5445
“İrəli” Yaşıllar Klubu tərəfindən gerçəkləşdirilən “Age of Ecology” layihəsi çərçivəsində ilk seminar keçirilib. “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “İrəli” Gənclik Mərkəzində keçirilən seminarda ekspert qismində Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva iştirak edib. İlk olaraq layihənin koordinatoru Afaq Rzayeva mövzu haqqında məlumat verib. Daha sonra ekspert Sevinc Hacıyeva “Məişət ekologiyası” mövzusunda təqdimatla çıxış edib və mövzu ətrafında müzakirələr aparılmış, gənclərin suallarını cavablandırıb. Qeyd edək ki, “Age of Ecology” layihəsi “International Dialog on Environmental Action” (IDEA) kampaniyasının təşəbbüsü ilə elan olunmuş “Ekologiya ayı” çərçivəsində həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR