BDU-nun professoru vəfat etdi

BDU-nun professoru vəfat etdi
Bütün Xəbərlər
22:38 17.11.2011
5328

Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Həmid İmanov bu gün vəfat edib. AZXEBER.COM-un məlumatına görə, 79 yaşlı Həmid İmanov uzun müddət idi ki, xəstə idi.

AZXEBER.COM Həmid müəllimin həyat yolu və elmi yaradıcılığı haqqında məlumatı təqdim edir. 

 HƏMID İMANOV Fəlsəfə elmləri doktoru Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının müdiri, professor QISA BİOQRAFİK MƏLUMAT 1932-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra BDU-nun Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il AMEA-nın fəlsəfə bölməsində aspiranturaya qəbul olunmuş, 1956-1958-ci illərdə həmin bölmədə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildə BDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsini tutmuşdur. 1971-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və kafedranın professoru, 1976-cı ildən ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır. TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI Ali təhsilli. Fəlsəfə elmləri doktoru. Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru. ƏMƏK FƏALİYYƏTİ 1956-58-ci illərdə AMEA-nın fəlsəfə bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə BDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsini tutmuşdur. 1971-ci ildən kafedranın professoru, 1976-cı ildən ömrünün sonunadək doğma BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının müdiri olmuşdur. TƏDQİQAT SAHƏSİ Azərbaycanda təhsil və onun proqnozlaşdırılması», «Azərbaycanda sosial strukturun dəyişmə meylləri və ona təsir edən amillər», «Sosial gərginliyi törədən obyektiv və subyektiv amillər və onların həlli yolları» və başqa mövzular onun tədqiqat sahəsini təşkil edir. SEÇİLMİŞ ƏSƏRLƏRİ «Dünya sosializm sistemi», «Azərbaycan kəndinin mənəvi simasının dəyişilməsi», «Kommunist ictimai münasibətlərinin formalaşması», «İnkişaf etmiş sosializm cəmiyyətinin sosial-sinfi strukturu», «Orta əsr İslam şərqində fəlsəfi fikir», «Etnik və dünya dinləri» adlı əsərlərin müəllifidir. Bu və ya digər məqalələr «İnsan, cəmiyyət və qanun» (2004,№1-2) jurnalında; Bakı Universitetinin xəbərlərində: Sosial-siyasi elmlər seriyası (1998, №1, s. 40-52; 2007, №2, s. 78-87); «İstehsalın intensivləşdirilməsinin elmi aspektləri» dalı məcmuədə (ADU, 1987, s. 66-72); «Вопросы философии» (1987, №10, s. 168-170). KİTABLAR: İmanov H.R. və b. «Dünya sosializm sistemi», B. «Uşaqgəncnəşr», 1962. İmanov H.R. və b. «Etnik dinlər və dünya dinləri», B. «Elm», 2003. İmanov H.R. və b. «İnsan amili, mahiyyəti və fəallaşdırılması yolları», B. 1989. İmanov H.R. və b. «Kommunist ictimai münasibətlərinin inkişafı», B. «Azərnəşr», 1962. İmanov H.R. və b. «Tarixi materializm», B. «Maarif», 1969 İmanov H.R. «Xalq kütlələrinin və şəxsiyyətin tarixdə rolu», B. «Azərnəşr», 1965. İmanov H.R. «Fəlsəfə». Bakı, «Turan evi», 2005. İmanov H.R. «Fəlsəfənin əsasları». Bakı, «Turan evi» nəşriyyatı, 2007. İmanov H.R. «Orta əsrlərdə ərəb-müsəlman fəlsəfi fikri». (H.R.İmanov və A.Əhədov). Bakı, «Ülvi-Həyat» nəşriyyatı, 2008. MÜKAFATLAR
OXŞAR XƏBƏRLƏR